"Mançester Siti"nin vingeri Ceremi Doku İngiltərə Liqa Kubokunun finalında "Arsenal" üzərində qazanılan qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, jurnalist Cek Qoqan Dokunun dediklərini belə çatdırıb:
"Karabao Kuboku əla qənimətdirr. Qalib gəlsəydik, bu, "Arsenal"a psixoloji zərbə olacaqdı. Biz sadəcə səbirsizliklə gözləyirdik".
Xatırladaq ki, "Mançester Siti" Liqa Kubokunun finalında "Arsenal"ı 2:0 hesabı ilə məğlub etmişdi. "Şəhərlilər" daha sonra Premyer Liqada "topçular"ı məğlub etdilər və hazırda turnir cədvəlinə başçılıq edirlər. "Mançester Siti" Premyer Liqanın 35-ci turunda "Everton"la qarşılaşacaq. Oyun mayın 4-də keçiriləcək.
Mirağa