Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov futbolçu Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib və satılması barədə qərar verib. Buna futbolçunun intizam qaydalarını pozması əsas göstərilib.
İddialara görə, E.Cəfərquliyev komanda yoldaşı Abbas Hüseynovla iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının məşhur restoran-otel tipli məkanlarından birində eyş-işrət məclisində iştirak edib. Bundan sonra Qurbanovla futbolçular arasında bağlar qopub.
Globalinfo.az məsələ ilə bağlı sözügedən restoranın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) əlaqə saxlayıb.
O, hadisədən xəbərsiz olduğunu bildirib:
“Baş verən məsələdən məlumatsızam. Açığı, həmin restoranı icarəyə vermişəm. İcarəyə götürən şəxs isə Türkiyədə yaşayır. Futbolçular və onların davranışları ilə bağlı heç kimə zəng etməmişəm”.
Jurnalist Vüsal Hacının iddiasına görə, “Qarabağ” oyuna hazırlaşdığı bir dönəmdə Elvin Cəfərquliyev və Abbas Hüseynov 4 xanımla “Hollivud” restoranında gərginlik yaradıblar.
Sitat:
“Elvinlə Abbas restoranda əyləncənin dadını çıxarırlar, gecə saatlarında isə barıtı bir qədər də artırırlar və səs küy salmağa başlayırlar. Restoran müdiriyyəti onları tanıdığından qonaqlara bir söz demir, Qurban Qurbanova zəng edir, futbolçularının yanlarında da 4 xanımla birlikdə məkanda narahatlıq yaratdığını bildirir. Qurbanov restorana bir neçə nəfəri göndərir. Onun adamları məkanda Abbas və Elvinlə danışırlar, söhbət qızışır və futbolçular etiraz etdikdə, onlara fiziki güc tətbiq edilir və Q.Qurbanovun yanına aparılır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.