EN

Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var

Türkiyə polisi Şanlıurfanın Halfeti bələdiyyəsinə qarşı əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyatda 2019-cu il yerli seçkilərindən 2024-cü ilə qədər olan idarəetmə prosesində və qəyyumluq dövründə tenderlərdə korrupsiya ittihamları ilə 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Şərəf Albayrak, inzibatçılar və texniki işçilər də var.

 

Chosen
50
unikal.az

1Sources