EN

Səudiyyəli cərrahlar siam əkizlərini uğurla ayırdı

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının siam əkizlərinin tibbi heyəti bu gün dünyanın ən mürəkkəb hadisələrindən biri kimi təsvir edilən 18 saat yarım davam edən əcərrahiyyə məliyyatını uğurla başa çatdırıb və filippinli siam əkizləri Klea və Moris Enn bir-birindən ayrılıb.

Hafta.az yazır ki, əməliyyat Milli Qvardiya Nazirliyinin nəzdindəki Kral Əbdüləziz Tibb Şəhərindəki Kral Abdullah Xüsusi Uşaq Xəstəxanasında aparılıb.

Tibbi və cərrahi qrupun rəhbəri Abdullah əl-Rəbiə bildirib ki, komanda prosedurun dördüncü və beşinci mərhələlərini, o cümlədən rekonstruksiya, kosmetik təmir və kəllənin bağlanmasını uğurla başa vurub.

O, əməliyyatın ilk üç mərhələsinin əvvəllər uğurla başa çatdığını qeyd edib.

Əl-Rəbiə bildirib ki, Səudiyyə Ərəbistanının siam Əkizləri Proqramı uşaqlar və ailələr üçün həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edib və eyni zamanda Krallığın qlobal miqyasda humanitar və tibbi mövqeyini gücləndirib.

O, həmçinin tibbi və cərrahi qrupunu vətəndaşlığından asılı olmayaraq xəstələrə xidmət göstərməkdə peşəkar və humanitar səylərinə görə tərifləyib.

Səudiyyə Ərəbistanının siam Əkizləri Proqramı dünyanın ən çətin ayrılma əməliyyatlarının bəzilərini idarə etdiyi üçün beynəlxalq səviyyədə tanınır.

Chosen
57
hafta.az

1Sources