EN

DÇ 2026-da İranı hansı ölkə əvəzləyəcək – Yeni GƏLİŞMƏ

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli İranın 2026-cı il Dünya Çempionatından kənarlaşdırılması və yerinə İtaliyanın daxil edilməsi təklifini irəli sürüb.

Məlumata görə, ideya ABŞ Prezidenti Donald Trampla İtaliya Baş naziri Corciya Meloni arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri çərçivəsində gündəmə gəlib və Zampolli bunu FİFA prezidenti Canni İnfantinoya təqdim edib. Lakin FİFA prezidenti bu təklifi rədd edib və İran millisinin Dünya Çempionatında iştirak edəcəyini vurğulayıb.

Bu arada bildirək ki, İtaliya hökuməti 2026-cı il dünya çempionatında İranın yerini tutmaq ehtimalını rədd edib. Musavat.com xəbər verir ki, İtaliyanın idman naziri Andrea Abodi bu cür ssenarinin “mümkünsüz və yersiz” olduğunu bildirib.

İtaliya

İdman mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirib ki, harada boş, məntiqsiz ideyalar var, Tramp administrasiyasından çıxır: "Bu məsələnin müzakirəsi belə absurd olduğu halda, bu qədər yuxarı instansiyalara qədər gedib çıxması üzücüdür. Çünki qaydalar bunun reallaşmasına imkan vermir. İtaliya yığması pley-ofda Bosniya və Herseqovinaya məğlub olaraq şansını itirib. Haqlı şəkildə itirib. İşin içində olanlar bilirlər ki, İtaliya futbolu elə İtaliyanın özü kimi böhran içərisindədir. İqtisadi problemlər bütün sahələrdə olduğu kimi futbola da təsir edib. Korrupsiya ölkə futbolunu darmadağın edib. İnfrastruktur pis gündədir, uşaq futbolu inkişaf etmir, əsas liqalar zəifləyib. Problemlər “en” qədərdir. Bu səbəbdən İtaliyanın DÇ-yə getməməsi təbii qarşılanmalıdır”. Onun fikrincə, İran getməsə, Asiya zonasından komanda yarışa yollana bilər.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
73
musavat.com

1Sources