EN

İdarə Heyətinin sədri: Şəhərsalmanın vacib tələbi istehsal sahələrinin düzgün yerləşdirilməsidir

Bakı, 24 aprel, AZƏRTAC

Şəhərsalma zəngin və çoxşaxəli elmdir. Şəhərsalma sənətində və Baş Planlarda bir sıra aspektlər nəzərə alınmalıdır. Şəhərsalmanın vacib tələbi istehsal sahələrinin düzgün yerləşdirilməsidir. Bu proses ölkəmizdə uğurla davam edir, bölgədə layihələr həyata keçirilir. İnsan həyatının hər bir sahəsi şəhərsalma ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə adıçəkilən qurum və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində "Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.

O, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinin uğurla aparıldığını vurğulayıb.

Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ceyhun Mustafayev
Chosen
80
1
azertag.az

2Sources