EN

Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun 2026 cı il hədəfləri müəyyənləşdirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astana, 24 aprel, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Assosiasiyasının Ümumi Yığıncağının iclası keçirilib. Tədbir çərçivəsində 2025-ci ildə görülən işlərə yekun vurulub, 2026-cı il üçün hədəf planlar müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Nicat Quliyev jurnalistlərə açıqlaması zamanı bildirib.

“İclas çərçivəsində icraçı orqan tərəfindən əməkdaşlığı daha da gücləndirən müxtəlif sazişlər - limanlar arasında, terminallar arasında imzalanıb. Ən əsası, onların sırasında marşrutun rəqəmsallaşmasını özündə ehtiva edən razılaşma da var. Bugünkü rəqəmsal dünyada, iqtisadiyyatda bu sənədin imzalanması marşrutun gələcək inkişafına böyük töhfə verəcək. Əminik ki, biz də iştirakçı olaraq bu prosesə öz töhfəmizi verməyə çalışacağıq”, - deyə o qeyd edib.

Nicat Quliyevin sözlərinə görə, belə tədbirlərin keçirilməsi Çindən başlayaraq Qazaxıstan və Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Türkiyəyə və Avropaya uzanan marşrut üzrə əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir və onun inkişafına daim töhfə verəcək.

Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiyanı Avropa ilə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
2
azertag.az

3Sources