EN

İsrail və Livan baş nazirləri Vaşinqtonda görüşəcəklər

İsrail Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aun yaxın üç həftə ərzində sülh danışıqları üçün Vaşinqtona gələcək.

Musavat.com xəbər verir bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. ABŞ Prezidenti İsrail və Livanın ABŞ-ın dəstəyi ilə atəşkəsin üç həftə uzadılması barədə razılığa gəldiyini təsdiqləyib: "Üç həftə. Və İsrail və Livan liderləri, çox güman ki, bu müddət ərzində burada olacaqlar".

O, İsrail və Livan liderləri arasında qarşıdan gələn görüşü "tarixi" adlandırıb: "Onlar illərdir görüşməyiblər. Heç vaxt görüşməyiblər. Bir düşünün!.

Xatırladaq ki, 16 apreldə o, İsrail və Livanın 10 günlük atəşkəs elan edəcəyini açıqlayıb. Ağ Ev inanır ki, bu razılaşma iki ölkə arasında davamlı sülhə gətirib çıxara bilər. Amerika lideri Aunun və Netanyahunu yaxın günlərdə sülh danışıqları üçün Ağ Evdə görüşə dəvət etdiyini açıqlayıb.

Musavat.com

Chosen
20
musavat.com

1Sources