EN

Milan və Bavariya serb hücumçunun keçidində maraqlıdır

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç klubla müqaviləsini yeniləməsə, "Milan" və "Bavariya" onu azad agent kimi transfer etməyə cəhd edə bilərlər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, 26 yaşlı serbiyalı futbolçunun karyerası ətrafında davam edən qeyri-müəyyənlik səbəbindən hələ ki, ortada konkret heç nə yoxdu.

Qeyd edək ki, Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"un formasını geyinir. Onun Turin klubu ilə anlaşması iyunda başa çatır. Hücumçu cari mövsümdə meydana çıxdığı  18 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı onun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
sport24.az

1Sources