AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
Apasport.az xəbər verir ki, toplantıda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
Səfər çərçivəsində E.Məmmədov həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Millidə yeni təyinat
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
"Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda
“Real”da daha bir itki: Arda Gülerdən sonra o da…
Türkiyə Kuboku: "Trabzonspor" yarımfinalda