EN

Vüsal Şıxəliyev: Azərbaycanda innovasiyaya giriş və çıxışın balansının təmin edilməsi vacibdir

Azərbaycanda innovasiyaya giriş və çıxışın balanslı təmini ilə bağlı düşünmək lazımdır.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, innovasiya və süni intellekt sahəsində görülən işlərin əsas nəticəyönümlü fəaliyyətinin təşkili bilavasitə düzgün koordinasiya və institusional yanaşmadan asılıdır:

"Qlobal İnnovasiya İndeksində reytinqləri bağlı daim tədbirlər, müzakirələr aparırıq. Azərbaycanda 2016-cı ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Hazırda komissiyasının rəhbəri Baş nazirin müavini Samir Şərifovdur. Komissiyada 25 işçi qrup var. Burada mövcud imkanlar araşdırılır. Biz bu sahədə qurumlarla, özəl sektorla səmərəli və çevik sistem yaratmışıq".

O qeyd edib ki, əgər innovativ fəaliyyətin nəticə əsaslı olması üçün hər bir komponentlər hərtərəfli araşdırılmalıdır:

"Azərbaycanda innovasiyaya giriş və çıxışın balanslı təmini ilə bağlı düşünmək lazımdır. İnnovasiyaya girişdə Azərbaycanın mövqeyi irəlidədir. İnnovasiyaya çıxış üzrə bizim ciddi potensialımız var. Müvafiq əlaqələndirmə və koordinasiya ilə imkan və potensialı iqtisadi dəyərə çevirə bilərik. Yaradılmış bu innovativ məhsulların kommersiyalaşdırılması üçün tədbirlər görməliyik ki, reytinqlər də yüksək yer alsın".

Chosen
36
3
far.az

4Sources