EN

Əsəbləşdim, Səidəni vurdum İçib sərxoş oldu, evdə dava saldı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şirvan şəhərində 28 yaşlı oğlan arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 3-də baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Xəlil həmin gün saat 23 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə arvadı Səidə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq və təpik zərbələri ilə arvadını vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ildə Səidə ilə rəsmi nikaha daxil olub, həmin nikahdan 1 övladı olub: “Sentyabrın 3-də işdən çıxdıqdan sonra bir miqdar spirtli içki qəbul etdim. Sonra saat 23 radələrində evə gəldim. Həmin vaxt evdə mən və arvadım Səidə olub. O, içkili evə gəlməyimə görə irad bildirməyə başladı. Mən də onun bu hərəkətindən əsəbləşdim və onunla sözlə mübahisəyə başladım. Həmin vaxt sözlə mübahisələrimiz daha da şiddətləndi. Bu zaman əsəblərimi cilovlaya bilmədim və Səidəni bir əl zərbəsi ilə vurdum ki, sakitləşsin. Sonra gördüm ki, mübahisələrimiz daha da pisləşir. Bu səbəbdən heç bir söz demədən evdən getdim”. Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Xəlilin barəsində Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya aktı tətbiq edilib və Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
38
demokrat.az

10Sources