ain.az bildirir, Qaynarinfo portalına istinadən.
Bank Respublika "Sahibkarlar günü” münasibətilə biznes sahibləri üçün 10 məhsul və xidmət üzrə xüsusi güzəştlər təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il
21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə
"Sahibkarlar Günü" kimi qeyd olunur.
Ölkəmizdə
sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə"Sahibkarlara 10 fürsət” adlı
kampaniyaya start verdiyini elan edib.
Kampaniya çərçivəsində
banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi
sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək,
biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq
və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı
qazanacaqlar.
Bu çərçivədə
sahibkarlara təqdim olunur:
v Hesabın açılması – pulsuz;
v Valyuta mübadiləsi üzrə komissiya – pulsuz;
v Əmək haqqı kartları (5 illik) – pulsuz;
v Biznes kart standart(1 illik) – pulsuz;
v İnternet Bank Xidməti – pulsuz;
v Mobil POS - pulsuz;
v Bankdaxili köçürmələr – pulsuz;
v Çek kitabçasının verilməsi- pulsuz;
v Əmək haqqı kartlarına köçürmələr- 50% Endirim;
v Yaşıl investisiyalara verilən
kreditlərə 15%-dək keşbek imkanı.
Bankdan
bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini
azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini
daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır.
Kampaniya
25.05.2026 tarixinə qədər davam edəcək.
? Daha
ətraflı məlumat üçün:
? Veb
sayt: www.bankrespublika.az
? Sosial
şəbəkələr: ? Facebook | ?Instagram | ?LinkedIn | ? Telegram
? Çağrı
Mərkəzi: 144
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.