EN

Bakıda mağazadan 100 minlik qızıl oğurladılar

Ajans.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb. Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Chosen
32
49
Ajans.az

10Sources