Ajans.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb. Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.