Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, onların həlli ilə bağlı müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Şəhər rəhbəri çıxışında vətəndaşların müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun, şəffaf və operativ yanaşmanın vacibliyini xüsusi vurğulayıb.
Bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əhali ilə birbaşa təmasların genişləndirilməsi, müraciətlərə həssas münasibətin təmin olunması və mövcud problemlərin yerində öyrənilərək aradan qaldırılması məqsədilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir. Bu cür görüşlər şəhərdə sosial rifahın yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və problemlərin daha çevik həllinə mühüm töhfə verir.
