EN

Beynəlxalq QHT-lər Qəzzada humanitar böhranla bağlı təcili çağırış edib

Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) Qəzza zolağında dərinləşən humanitar böhranla bağlı dünya ictimaiyyətinə təcili çağırış edib. Amnesty International və Human Rights Watch kimi qurumlar bölgədə mülki əhalinin vəziyyətinin kritik həddə çatdığını bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-lərin birgə yaydığı bəyanatda qeyd olunur ki, davam edən hücumlar nəticəsində əsas infrastruktur ciddi zərər görüb, su, elektrik və tibbi xidmətlərə çıxış isə məhdudlaşıb. Təşkilatlar beynəlxalq hüququn qorunması və mülki şəxslərin müdafiəsi üçün dərhal tədbir görülməsini tələb edib.

QHT-lər bildirir ki, bölgəyə humanitar yardımın daxil olması ciddi şəkildə məhdudlaşdırılıb. Xüsusilə ərzaq, dərman və təmiz su çatışmazlığı əhalinin həyatını risk altına qoyur.

Təşkilatlar beynəlxalq qurumları atəşkəsin təmin olunması və humanitar dəhlizlərin açılması üçün təzyiq göstərməyə çağırıb. Bildirilib ki, gecikən hər bir addım daha çox insanın həyatına təhlükə yaradır.

QHT-lərin bu cür çağırışları qlobal diqqətin yenidən bölgəyə yönəlməsi baxımından mühüm rol oynayır.

Piranə Xasiyeva

Chosen
61
qht.az

1Sources