EN

Zaxarova: Aİ nin Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqının Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir.

"Bu, artıq ikinci missiyadır. Qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
8
apa.az

9Sources