EN

“Böyük Qayıdış”: SN-nin növbəti təşəbbüsü Zəngilanda - FOTOLAR

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir.

Həyata keçirilən təşəbbüslər “Böyük Qayıdış” proqramının mühüm tərkib hissəsidir.

"Cebheinfo.az" xəbər verir ki, proqram çərçivəsində növbəti tibbi aksiya Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub. Aksiya zamanı nazirliyin M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı və təcrübəli həkim heyəti bölgə sakinlərinə yerində tibbi xidmət göstərib.

Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən ətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislər tərəfindən qəbul edilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.

"Cebheinfo.az"

Chosen
47
4
cebheinfo.az

10Sources