EN

Xudavəng monastrı haqqında videoçarx hazırlanıb

Bakı, 24 aprel, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xudavəng monastrı haqqında videoçarx hazırlanıb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır.

Qeyd edək ki, layihənin məqsədi bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsini təbliğ etməkdir.

Xatırladaq ki, ölkəmizin ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan Xudavəng monastrı VI-XIII-XVIII əsrlərdə inşa edilmiş tarixi abidədir.

Chosen
66
20
azertag.az

10Sources