EN

TBNM iştirakçıları marşrutun inkişafı üzrə 2026-cı ilə olan ətraflı iş planını razılaşdırıblar

Astana. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iştirakçıdövlətləri 2026-cı il üçün ətraflı iş planını təsdiqləyiblər.

Trend bu barədə“Qazaxıstan Dəmir Yolları”na istinadən məlumat verir.

Razılaşma Astanada keçirilən "Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu" (TBNM) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclasıvə Ümumi Yığıncağı çərçivəsində əldə olunub.

İclaslara “Qazaxıstan Dəmir Yolları”nın rəhbəri TalqatAldıbergenov sədrlik edib. Tədbirdə TBNM-ə üzv ölkələr –Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan və Türkiyə, həmçininUkrayna, Bolqarıstan və Rumıniya daxil olmaqla bir sıra Avropadövlətləri, eləcə də Sinqapur daxil olmaqla beynəlxalq tərəfdaşlariştirak ediblər.

Görüşlər zamanı iştirakçılar rəqəmsal imzalardan istifadəetməklə elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin gömrükorqanları ilə daşıma prosesinin bütün iştirakçıları arasındabirbaşa məlumat mübadiləsinin təşkili barədə razılığa gəliblər. Butədbirlər yüklərin daşınma müddətini azaltmağa və bütün marşrutüzrə əməliyyatların şəffaflığını artırmağa imkan verəcək.

İclasların yekununda bir sıra sənədlər imzalanıb. Qəbul edilənqərarlar TBNM-in Asiya ilə Avropa arasında əsas tranzitdəhlizlərdən biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinəyönəlib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, həmçinin Xəzərdənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır.Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Chosen
30
2
az.trend.az

4Sources