Belə ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada “ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcəkdir.
Qərarın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə təmin ediləcəkdir.