EN

Hərbi və iqtisadi təzyiqlərə baxmayaraq, İran neft ixracını dayandırmır.

Bloomberg: ABŞ-ın dəniz blokadasına baxmayaraq, İran neft daşıyan supertankerləri yükləməkdə davam edir...

Poliqon xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi sərt neft embarqosuna və daşıma yollarının bağlanmasına baxmayaraq, İran hələ də milyonlarla barel nefti supertankerlerə yükləməyə davam edir.

Bloomberg Agentliyinin məlumatına görə, Avropanın “Sentinel-1” peyki tərəfindən bazar ertəsi çəkilmiş şəkillərdə Xark adasında terminala yanmış və təxminən 2 milyon barel neft daşıma qabiliyyətinə malik çox böyük bir tanker aşkar edilib. Şənbə günü çəkilmiş daha erkən bir şəkildə isə həmin ərazidə heç bir gəmi olmayıb.

Hazırda İranın neft ehtiyatı 90 milyon barel təşkil edir. FGE NexantECA-nın analitik qeydində bildirilir ki, ABŞ-ın blokadası ixracı tamamilə dayandırsa belə, İran gündəlik təxminən 3,5 milyon barel səviyyəsində olan hasilatını daha iki ay ərzində saxlaya bilər. Lakin bu, mövcud ehtiyatların saxlanması hesabına mümkündür.

“JPMorgan Chase & Co” analitiklərinin fikrincə, ABŞ-ın bu addımı İranı tədricən hasilatı azaltmağa məcbur edəcək. Onlar vurğulayırlar ki, bu, sadəcə maliyyə deyil, həm də mexaniki məhdudiyyətdir – yan keçmə əməliyyatları üçün imkanları əhəmiyyətli dərəcədə azaldır. İranın ixrac edə bilmədiyi neft anbarlarda yığılır və bu, uzunmüddətli perspektivdə hasilatın ixtisarına gətirib çıxaracaq.

Bununla belə, bu proses sürətli olmayacaq. ABŞ-ın dəniz blokadasına baxmayaraq, İranın strateji ehtiyatları və gəmi parkı ona qısa müddətli təzyiqlərə dözməyə imkan verir. Analitiklər qeyd edir ki, İran bu taktika ilə vaxt qazanaraq diplomatik və ya hərbi gərginliyin azalması şəraitində yenidən ixraca başlamağı hədəfləyir.

Poliqon.info

Chosen
43
50
poliqon.info

10Sources