EN

Bundestaq yanacağa vergi endirimi ilə bağlı qərar qəbul edib

Berlin, 24 aprel, AZƏRTAC

Almaniya parlamenti (Bundestaq) yanacaq qiymətlərinin artımının təsirini azaltmaq məqsədilə benzin və dizel üzrə enerji vergisinin müvəqqəti azaldılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, mayın 1-dən iyunun sonunadək yanacaq üzrə vergi hər litr üçün təxminən 17 sent aşağı salınacaq. Səsvermədə 453 qərarın deputat lehinə, 134 deputat əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Bu addımların dövlət büdcəsinə təxminən 1,6 milyard avroya başa gələcəyi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın sonundan etibarən Yaxın Şərqdə baş verən hadisələr fonunda yanacaq qiymətləri xeyli artıb. Almaniya Avtomobil Klubunun (ADAC) məlumatına əsasən, ölkə üzrə “Super E10” markalı benzinin orta qiyməti litr üçün 2,074 avro, dizelin qiyməti isə 2,15 avro təşkil edir.

Bundestaq, həmçinin işçilər üçün 1000 avroyadək vergi tutulmayan kompensasiya mükafatının tətbiqinə razılıq verib. Bu ödənişlərin 2027-ci il iyunun 30-dək həyata keçirilməsi nəzərdə tutulur və məcburi deyil. Bu tədbirin dövlətə minimum 2,8 milyard avroya başa gələcəyi proqnozlaşdırılır. Yanacaq üzrə vergi endirimi Federal əyalətlərin nümayəndələri şurası - Bundesrat tərəfindən təsdiqlənib, kompensasiya mükafatı ilə bağlı səsvermə isə mayın 8-də keçiriləcək.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
23
1
azertag.az

2Sources