EN

“Neftçi”nin ingiltərəli hücumçusu “Qarabağ”a qarşı oynaya bilər

Bakı, 24 aprel, AZƏRTAC

Bir mütdədir zədəli olan “Neftçi”nin futbolçusu Bassala Sambu məşqlərə başlayıb.

Bu barədə AZƏRTAC-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ingiltərəli hücumçunun Premyer Liqanın XXIX turunda “Qarabağ”a qarşı matçda heyətdə olmaq ehtimalı yüksəkdir. Lakin onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək.

Qeyd edək ki, aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Chosen
20
1
azertag.az

2Sources