EN

AÇ: Azərbaycanın 2 sərbəst güləşçisi yarımfinalda

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW) yenib.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə Aksarbek Qulayevi (Slovakiya) məğlubiyyətə uğradıb.

Rəşid Babazadə (65 kq) Niko Meqerleyə (Almaniya) qalib gəlsə də, 1/4 finalda Bəşir Maqomedovla (UWW) uduzub.

Kənan Heybətov (70 kq) ukraynalı Aleksey Borut ilə, Osman Nurmaqomedov (97 kq) isə gürcü Qivi Matçaraşvili ilə bacarmayıb.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Chosen
31
50
fanat.az

10Sources