Rejissor Fariz Əhmədovun tammetrajlı sənədli filmi “Sükut içində addımlar” 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək. Festival, Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.