Rusiyada müəllim psixoloq qəbulunda VƏFAT ETDİ- FOTO
Ajans.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb. Məlumata görə, hadisə bir gün əvvəl saat 19:00 radələrində baş verib. Qadın mütəxəssislə görüşdən bir neçə dəqiqə sonra özünü pis hiss edib, baş ağrılarından şikayətlənib və huşunu itirib. Psixoloq dərhal ilkin tibbi yardım göstərməyə çalışıb və təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas etmək üçün müdaxilə etsələr də, nəticə əldə etmək mümkün olmayıb. Qeyd olunur ki, Nuriya H. MADI-də 12 ildən artıq müddətdə fəaliyyət göstərərək biznes xarici dillərini tədris edib. O, boş vaxtlarında astrologiya ilə də məşğul olur və 14 il ərzində fərdi doğum xəritələri hazırlayıb. 