EN

ABŞ Hörmüz məsələsində Avropaya güvənmir - Heqset

Bakı. Trend:

ABŞ səriştəli və sadiq olan müttəfiqlərə layiqdir və Hörmüzboğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropayagüvənmir.

Trend xəbər verirki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda “Epic Fury”əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Biz Avropaya güvənmirik, lakin Hörmüz boğazı onlara bizdənqat-qat daha çox lazımdır və bəlkə də onlar daha az danışmağa vəAvropada daha az dəbli konfranslar təşkil etməyə başlamalıdırlar.Bu, bizdən çox onların mübarizəsidir”, – deyə Heqset bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources