EN

Zaxarovadan Ermənistana ciddi xəbərdarlıq: İyunun 7-də...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropa İttifaqının (Aİ) Ermənistandakı yeni mülki missiyası ilə bağlı kəskin bəyanatlar səsləndirib.

Publika.az xəbər verir ki, diplomat bu missiyanın real kömək deyil, siyasi müdaxilə aləti olduğunu bildirib.

Zaxarovanın sözlərinə görə, Aİ qanunsuz maliyyə axınları, kiberhücumlar və informasiya manipulyasiyası ilə mübarizə bəhanəsi altında Ermənistanın dövlət institutlarına və nazirliklərinə təsir rıçaqları əldə etməyə çalışır. O vurğulayıb ki, bu fəaliyyətin əsas məqsədlərindən biri iyunun 7-nə təyin edilmiş parlament seçkilərinin nəticələrinə təsir göstərməkdir.

“Sözdə suveren dövlətin işlərinə müdaxilə ilə mübarizə aparacağını deyən bu missiya, əslində özü həmin müdaxilənin əsas alətidir”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Zaxarova Aİ-nin Moldovadakı bənzər missiyası ilə paralellər apararaq, bu cür fəaliyyətlərin demokratik institutların möhkəmlənməsinə heç bir real fayda vermədiyini bildirib. O, Aİ-nin Cənubi Qafqazda genişlənməsinin regionda sabitliyə təhdid yaratdığını və regional məsuliyyət prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.

Chosen
26
publika.az

1Sources