EN

Aeroportda dəhşət: Ata 11 yaşlı oğlunu öldürdü

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

ABŞ-da 37 yaşlı Giovanni Perez 11 yaşlı oğlunu hava limanının tualetində öldürüb.

Avtosfer.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Nevada ştatındakı Elko Airport ərazisində baş verib.

37 yaşlı Giovanni Perez oğlu Kallan ilə birlikdə kirayə götürdükləri avtomobillə səyahət edirmiş. Avtomobil xarab olduqdan sonra, yeni nəqliyyat vasitəsi götürə bilmələri üçün maşın aerodromun dayanacağına aparılıb.

Oğlan tualetə gedib. Hələlik məlum olmayan səbəbdən ata onun ardınca daxil olaraq oğluna atəş açıb. Yaralını xilas etmək mümkün olmayıb. Bir müddət sonra ata qeydiyyat sahəsi yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Polisin müəyyən etdiyinə görə, uşaq daha əvvəl atasına həsr olunmuş esse yazaraq “İlin atası” adlı müsabiqədə üçüncü yer qazanıb. Hadisənin bütün halları araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
5
avtosfer.az

6Sources