EN

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, namizəd üçün aşağıdakı tələblər nəzərdə tutulur.

- Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

- Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

- Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

- Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir:

- Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

- Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək, hesabatlarını hazırlamaq;

- Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

- Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

- Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

- Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix mayın 24-dür.

 

Chosen
24
4
azertag.az

5Sources