EN

İrəvanda radikalizm mesajı: Bayraq yandırılması Ermənistan cəmiyyətində təhlükəli meyillərin göstəricisidir

Bakı. Trend:

İrəvanda keçirilən və qondarma “erməni soyqırımı”nın ildönümünəhəsr edilən yürüş zamanı Türkiyə bayrağının yandırılması regiondagərginliyi artıran təhlükəli tendensiyanın növbəti təzahürü kimiqiymətləndirilir. Belə bir addım yalnız konkret bir dövlətə qarşıyönəlmiş hörmətsizlik aktı deyil, eyni zamanda cəmiyyət daxilindəradikal düşüncənin, ifrat millətçiliyin və dözümsüzlük mühitinin nəqədər dərin kök saldığını açıq şəkildə nümayiş etdirir.

Bu hadisə Ermənistan cəmiyyətində uzun illərdir müşahidə olunanideoloji xəttin davamı kimi diqqət çəkir. Keçmişdə azərbaycanlılaraqarşı törədilmiş zorakılıqlar, Azərbaycanın tarixi və mədəniirsinin sistemli şəkildə məhv edilməsi, eləcə də tarix faktlarınınməqsədli şəkildə təhrif olunması eyni düşüncə sisteminin müxtəlifmərhələlərdə ortaya çıxan formalarıdır. Bu baxımdan, İrəvanda başverən son hadisə təsadüfi deyil, əksinə, köklü bir yanaşmanınnəticəsi kimi ortaya çıxır.

Ümumiyyətlə, hər hansı dövlətin bayrağının yandırılmasıbeynəlxalq münasibətlər baxımından açıq təxribat hesab olunur. Bucür davranışlar dialoq və əməkdaşlıq mühitinə zərbə vurur,qarşıdurmanı daha da dərinləşdirir. Xüsusilə belə bir hadisəninəvvəlcədən təşkil edilmiş tədbir çərçivəsində baş verməsi vəhüquq-mühafizə orqanlarının buna müdaxilə etməməsi ciddi suallardoğurur. Bu, nə demokratiya prinsipləri, nə də ifadə azadlığı iləizah oluna bilər. Əksinə, bu, dövlətin məsuliyyətindən yayınması vəya ən azı prosesə göz yumması kimi qiymətləndirilməlidir. Başverənlərə görə Ermənistan hakimiyyəti birbaşa cavabdehdir və hadisəobyektiv şəkildə araşdırılmalı, bu addıma yol verən şəxslərməsuliyyətə cəlb olunmalıdır.

Digər diqqətçəkən məqam isə Türkiyə mediasının bu hadisəyəmünasibətdə nümayiş etdirdiyi susqunluqdur. Adətən regiondakı ənxırda məsələlərə belə həssas yanaşan və Azərbaycanla bağlımövzularda aktiv mövqe sərgiləyən media orqanlarının bu hadisənigeniş işıqlandırmaması müəyyən suallar yaradır. Xüsusilə Türkiyəcəmiyyətində bayrağa münasibətin nə qədər həssas olduğu nəzərəalınarsa, belə bir mövzunun diqqətdən kənarda qalmasıdüşündürücüdür.

Ehtimal etmək olar ki, Türkiyədə fəaliyyət göstərən vəErmənistanla münasibətlərin normallaşdırılmasını fərqli kontekstdətəqdim etməyə çalışan müəyyən dairələr bu məsələdə də təsirimkanlarından istifadə ediblər. Bu qüvvələr adətənAzərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinibir-birindən ayırmağa çalışır, prosesləri paralel deyil, fərqliistiqamətlərdə təqdim etməyə cəhd göstərirlər. Halbuki regiondakıreallıqlar bu yanaşmanın yanlış olduğunu dəfələrlə sübut edib.

Hazırkı mərhələdə Türkiyənin dövlət siyasətində Azərbaycanlamünasibətlərin prioritet təşkil etməsi xüsusi əhəmiyyət daşıyır.Rəcəb Tayyib Ərdoğan kimi liderin rəhbərliyi ilə bu xətt daha dagücləndirilib. O, dəfələrlə bəyan edib ki, Azərbaycan-Ermənistan vəTürkiyə-Ermənistan münasibətləri bir-birindən ayrı deyil və vahidgeosiyasi çərçivədə qiymətləndirilməlidir. Bu yanaşma həm siyasi,həm də strateji baxımdan regionda balansın qorunmasına xidmətedir.

Azərbaycan ilə Türkiyə arasında formalaşmış müttəfiqlikmünasibətləri isə təkcə dövlət maraqlarına deyil, eyni zamandaxalqların qardaşlıq bağlarına söykənir. İki ölkə liderləri arasındamövcud olan qarşılıqlı etimad və dostluq bu əlaqələrin əsasınıtəşkil edir. Bu yaxınlarda Antalya Diplomatiya Forumu çərçivəsindəkeçirilən görüşlər, aparılan müzakirələr və verilən mesajlar da birdaha göstərdi ki, Bakı və Ankara regionda sülh, sabitlik və ədalətprinsipləri əsasında hərəkət etməyə davam edəcək.

Nəticə etibarilə, İrəvanda baş verən hadisə təkcə bir aksiyaçərçivəsində qiymətləndirilməməli, daha geniş kontekstdə analizolunmalıdır. Bu cür təxribatçı addımlar regionda etimad mühitininformalaşmasına ciddi zərbə vurur. Azərbaycanın mövqeyi isə dəyişməzolaraq qalır: qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və sülhəəsaslanan münasibətlər regionun gələcəyi üçün yeganə doğruyoldur.

Chosen
41
7
az.trend.az

7Sources