EN

İranın vitse-prezidenti: Tehran danışıqlarda güzəştə getməyəcək

BAKI, 24 aprel. TELEQRAF

İranda hərbi məqsədlərinə çata bilməyən ABŞ indi də danışıqlar masasında istəyinə nail olmağa çalışır. Tehran isə güzəştə getmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Esmail Sagab Esfahani bildirib.

"Düşmən heç bir məqsədinə çata bilm ıədi. Belə bir şəraitdə onun danışıqlar tələb etməsi tamamilə təbiidir. ABŞ özünü supergüc kimi hiss etdi və heç bir nəticə verməyən müharibəyə girdi. Hərbi əməliyyatları üç-dörd gün ərzində bitirmək niyyətində idi, lakin özünü çıxılmaz vəziyyətə saldı. İndi döyüş meydanında əldə edə bilmədiyi şeyə danışıqlar yolu ilə nail olmağa çalışır", - deyə İran rəsmisi bildirib.

İsfahani ölkəsinin danışıqlar prosesində güzəştə getməyəcəyini vurğulayıb: "İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyi şeyi danışıqlar masasında qəbul etməyəcək".

Chosen
27
1
teleqraf.com

2Sources