EN

Əraqçi 3 ölkəyə edəcəyi səfərin məqsədini açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Oman və Rusiyaya səfərinin məqsədi barədə açıqlama verib.Metbuat.az xəbər verir ki, o bildirib ki, səfərin məqsədi ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional inkişaflar üzrə məsləhətləşmələr aparmaqdır. Diplomat sosial media hesabındakı paylaşımında İslamabad, Məsqət və Moskvaya səfər edəcəyini ifadə edib.

Qeyd edək ki, CNN televiziyası Əraqçinin Pakistana səfəri zamanı ABŞ heyəti ilə görüşə biləcəyini istisna etməyib.

Chosen
56
1
metbuat.az

2Sources