EN

"Əl-Cəzirə": ABŞ və İran Hörmüz boğazı məsələsində bəzi irəliləyişlər əldə edib

BAKI, 24 aprel. TELEQRAF

ABŞ və İran arasında görüş bu axşam İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabada gəlişi zamanı keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Pakistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr danışıqlarda irəliləyiş gözlədiklərini bildiriblər. Əsas mübahisəli məqam ABŞ-ın Hörmüz boğazını blokadaya almasıdır, lakin Pakistan mənbələrinə görə, bu məsələdə müəyyən irəliləyişlər əldə edilib.

Chosen
21
teleqraf.com

1Sources