EN

Səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub » AzadMedia.az


“Həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir”.

Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir:

"İlk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb".
Chosen
34
10
azadmedia.az

10Sources