EN

Qarabağ ın futbolçusu ilə Rəvan Həmzəzadə arasında dava VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Sabah”la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə görüntülər “CBC Sport” kanalında yayımlanıb.

Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən narazı qalıb. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə əsəbiləşib. 

Matç bitən kimi hakimlərə meydançada hücum çəkən oyunçu qırmızı vərəqə alıb və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən oradan uzaqlaşdırılıb.

Amma Markonun hirsi bununla soyumayıb. O, paltardəyişmə otağına gedən tuneldə hakimlərə yenə hücum çəkib və onlara yumruq  vurmaq istəyib. Sonrasında monteneqrolu oyunçunu baş məşqçi Qurban Qurbanov sakitləşdirə bilib.

Daha sonra polislər onu hakimlər otağının önündən uzaqlaşdırıb.

Qeyd edək ki, həmin gün Toral Bayramov, Coni Montiel və Musa Qurbanlı da stadionda Yankoviçlə bərabər hakimə hücum çəkmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
12
avtosfer.az

10Sources