Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Hafta.az xəbər verir ki, 57 kiloqramda çıxış edən idmançı gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) qalib gəlib.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar. Qadınların güləşində isə Günay Qurbanova (59 kiloqram) Avropa üçüncüsü olub.