EN

“Şəmkir” rəhbərliyi ilə FİF kollektivi arasında görüş keçirildi – ARENA.AZ

Bu gün “Şəmkir” Futbol Klubunun rəhbəri Adil Əliyev ilə Futbolun İnkişaf Fondunun (FİF) kollektivi arasında görüş baş tutub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı fondun bu günə qədər “Şəmkir” FK ilə bağlı gördüyü işlər barədə məlumat verilib, klubun növbəti ev oyununun birgə təşkili ilə bağlı planlar müzakirə olunub.

Eyni zamanda oyunların təşkili istiqamətində dəstək mexanizmləri, dayanıqlı maliyyə kanallarının formalaşdırılması və klubun inkişafına töhfə verəcək növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq çərçivəsində klubun inkişaf perspektivləri, azarkeşlərlə işin gücləndirilməsi və s. planları nəzərdən keçiriblər. Görüşün yekununda qarşıdakı dövrdə birgə fəaliyyətin genişləndirilməsi, uzunmüddətli və dayanıqlı əməkdaşlığın qurulması istiqamətində razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
42
5
arena.az

10Sources