EN

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

Bakı. Trend:

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibiRamil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktınıqəti şəkildə pisləyib.

Trend xəbər verir ki, bununlabağlı bəyanat TÜRKPA-nın rəsmi internet səhifəsindəyerləşdirilib.

Bəyanatda bildirilib ki, bu kimi addımlar qarşılıqlı hörmətprinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasınasəbəb ola bilər.

Qeyd edilib ki, etnik nifrətin bu cür təzahürləri dinc yanaşıyaşamaq prinsipləri və məsuliyyətli ictimai davranış anlayışı iləuzlaşmır.

“Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğunolaraq, bölgədə sabitliyin və konstruktiv əməkdaşlığın təminolunması üçün dialoq, təmkin və qarşılıqlı hörmətin təşviqininvacibliyini bir daha diqqətə çatdırırıq. Regionda sülhün,qarşılıqlı etimadın və hörmət mühitinin formalaşdırılması əsasprioritetlərdən biri olmalıdır”, - deyə bəyanatda qeyd olunub.

Chosen
69
6
az.trend.az

8Sources