EN

“Barcelona“nın futbolçusu Lamin Yamal La Liqada ayın futbolçusu seçilib

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Barcelona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu seçilib.

Moderator.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu aprel ayında keçirdiyi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mükafat uğrunda mübarizədə Lukas Boye ("Alaves"), Vedat Muriki ("Malyorka"), Karlos Soler ("Real Sosyedad") və Federiko Vinası ("Ovyedo") geridə qoyub.

Yamal bu mövsüm üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, daha əvvəl noyabr və dekabr aylarında da bu mükafata sahib çıxmışdı.

Xatırladaq ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026 mövsümünün qalan hissəsini buraxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
75
3
moderator.az

4Sources