Amerika Birləşmiş Ştatları İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyuta cüzdanlarını dondurur.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlayıb.
Bessentin sözlərinə görə, Tehranın pul vəsaitlərini yaratmaq, köçürmək və geri qaytarmaq imkanından məhrum edilməsi üçün tədbirlər davam etdiriləcək.