EN

Azərbaycanlı güləşçi finalda!

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçirilir. Azərbaycanın sərbəst güsləşçisi İslam Bazarqanov (57 kq) yarışda finala yüksəlməyi bacarıb. O, yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) qalib gəlib. Medal qarşılaşmaları bu gün reallaşacaq.

Bundan əlavə, dünən Azərbaycanın üç qadın, bir kişi sərbst güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq. Həmçinin Cəbrayıl Hacıyev də "bürünc" duelinə çıxacaq.

Mətləb

Chosen
26
2
sia.az

3Sources