EN

ABŞ 159 milyard dolları geri qaytarmalı olacaq

Ali Məhkəmənin qərarı səbəbindən hökumət yığılmış 159 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

“Onilliklər boyu ölkəmizdən sui-istifadə edən insanlar və şirkətlər Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən 159 milyard dollarlıq ödəniş qaytarılması ilə üzləşirlər”, - Ağ Ev rəhbəri bildirib.

Qeyd edib ki, Ali Məhkəmə bu vəsaitləri Amerika hakimiyyətinin nəzarəti altında saxlasaydı, daha yaxşı olardı.

Chosen
7
3
publika.az

9Sources