Aalkoqol problemi ilə bağlı iddialara baxmayaraq, ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patelə etibar edir.
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə deyib: "Prezident FTB direktoru və hüquq-mühafizə qrupumuzun son bir il yarım ərzində olduğu kimi işlərini davam etdirəcəklərinə əmindir".
O, Patelin səyləri sayəsində hazırkı ABŞ administrasiyasının "ölkə üzrə qətl nisbətlərində 125 illik ən aşağı səviyyəyə" nail ola bildiyini vurğulayıb.
Qeyd edək ki, 17 apreldə "The Atlantic" qəzeti mənbələrə istinadən Patelin tez-tez işdən kqaldığını, şəxsi məqsədlər üçün təyyarələr də daxil olmaqla rəsmi nəqliyyat vasitələrindən həddindən artıq istifadə etdiyini və alkoqoldan sui-istifadə etdiyini iddia edən bir məqalə dərc edib. Nəşrin mənbələrinə görə, kəşfiyyat rəisinin davranışı bəzi həmkarları tərəfindən milli təhlükəsizliyə təhdid hesab olunur. FTB məqalənin əsas məqamlarını rədd edib və Patel jurnala və müəllifə qarşı 250 milyon dollarlıq iddia qaldırıb, lakin iddiası məhkəmə tərəfindən qəbul edilməyib.
Son günlər ABŞ mətbuatında Patelin alkoqol təsiri altında törətdiyi qanunsuz əməllərə görə 2 dəfə cəzalandırıldığını göstərən faktlar da işıqlandırılıb.
Musavat.com