sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Barselona"nın futbolçusu Lamin Yamal aprel ayında La Liqanın ən yaxşı oyunçusu, "Malyorka"nın çalışdırcısı Martin Demiçelis isə ən yaxşı məşqçi seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Lamin ötəmn ay komandasının üç qələbəsində pay sahibi olub. O, apreldə meydana çıxdığı qarşılaşmalarda iki qol vurub və iki məhsuldar ötürmə edib. Səsvermədə "Barselona"nın vingeri Vedat Muriqi (Malyorka), Karlos Soler (Real Sosyedad), Lukas Boye (Alaves) və Fede Vinası (Ovyedo) geridə qoyub.
Yamal "Selta" ilə matçda bud əzələsindən zədə alıb. Futbolçu mövsümün son oyunlarını buraxacaq.
Demiçelisin "Malyorka"sı isə apreldə keçirdiyi üç oyundan ikisində qalib gəlib və birində heç-heçə edib. Səsvermədə argentinalı "Ovyedo"dan Gilyermo Almadanı və "Barselona"dan Hans-Dieter Fliki geridə qoyub.
Qeyd edək ki, "Barselona" La Liqada 82 xalla liderdir. Demiçelisin "Malyorka"sı 15-ci pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.