Bakı. Trend:
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrəmüsabiqəyə qeydiyyatda yenilik edilib.
XİN-dən Trend-ə verilən məlumata görə, iştirak üçünmüraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı,ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri,həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, alitəhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədəiştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununlaəlaqədar, Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyatsistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Vurğulanıb ki, bu yeniliklə əlaqədar müsabiqə prosesinin digərmərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişikliknəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindənasılı olaraq yekunda uğur qazanan namizədin işə qəbul olması üçünmüəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə alitəhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internetportalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştiraketmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.
Qeyd edilib ki, müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cıil saat 18:00-dək davam edəcək.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla bu keçiddə tanışolmaq mümkündür:
https://exidmet.dim.gov.az/elimt/xintest/elan