BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücumun baş verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, hücumlar nəticəsində azı 10 nəfər həlak olub, təxminən 20 min dənizçi və 1600 gəmi isə regionda blokadada qalıb.
BDT-nin Baş katibi Arsenio Dominqes vəziyyətin təhlükəli olaraq qaldığını bildirərək, saxlanılan dənizçilərin azad edilməsinə çağırıb və təxliyə planı üzərində iş aparıldığını qeyd edib.