EN

Ağ Evdə Trampın varisi kimi Marko Rubio getdikcə daha çox müzakirə olunur

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağ Evdə Prezident Donald Trampın yaxın çevrəsində 2028-ci il seçkiləri üçün mümkün varis kimi Dövlət katibi Marko Rubio getdikcə daha ciddi namizəd kimi görülür.

Nizimyol.info xəbər verir ki, "Politico"nun yazdığına görə, onun Venesuela prezidenti Nikolas Maduronun devrilməsinə yönəlmiş siyasətdəki rolu və Trampa sarsılmaz sədaqəti Ağ Evdə və bəzi MAGA seçiciləri arasında mövqeyini gücləndirib.

Bununla belə, Rubio daha əvvəl vitse-prezident Ceyms Devid Vensin namizədliyinə qarşı çıxmayacağını bildirib və onun Tramp tərəfdarlarının tam dəstəyini qazanıb-qazanmayacağı hələ də sual altındadır.

CPAC sorğusuna əsasən, Rubionun reytinqi ötən illə müqayisədə kəskin artaraq 3 faizdən 35 faizə yüksəlib. Eyni zamanda, Vensin göstəriciləri bir qədər azalsa da, o hələ də 53 faizlə öndə qalır. "YouGov" sorğuları da oxşar dinamika göstərir: Vens 63 faizlə Respublikaçıların əsas namizədi kimi liderdir, Rubio isə 42 faizlə onun ardınca gəlir.

Mənbələrin bildirdiyinə görə, Ağ Evdə bəzi yüksək vəzifəli şəxslər Rubionu Trampdan sonra real siyasi varis kimi müzakirə etməyə başlayıblar. Onlar onu eyni zamanda həm Dövlət katibi, həm də Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi mühüm qərarların mərkəzində olan təcrübəli siyasətçi kimi qiymətləndirirlər.

Rubionun nüfuzunun artmasının səbəblərindən biri də administrasiyanın Latın Amerikası üzrə sərt siyasətində oynadığı rol, o cümlədən narkokartellərə qarşı əməliyyatlar və Venesuela ilə bağlı addımlardır.

Onun üstünlüklərindən biri kimi skandallardan uzaq qalması və Trampa problem yaradan qalmaqallara qarışmaması da qeyd olunur.

Bununla belə, Ceyms Devid Vens hələ də əsas favorit olaraq qalır və Tramp ailəsi daxil olmaqla bir çox güclü müttəfiqlərə sahibdir.

Mənbələr vurğulayır ki, son qərar Rubionun özündən asılı olacaq — onun ümumiyyətlə prezidentliyə namizəd olub-olmayacağı hələ bəlli deyil.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
bizimyol.info

1Sources